Kriminal avtoritetə hökm oxunub

15:08 - 17 Aprel 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A. Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. A. Məhərrəmov K. Hüseynova yumruq və təpik zərbələri vurub. K. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

A. Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərək, götürülüb. A. Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.

Xəbər xətti