Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək istəyən daha 3 nəfərin namizədliyi qeydə alınıb.
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, bununla da prezident seçkilərində namizədliyi qeydə alınan şəxslərin sayı 4-ə çatıb.
Prezident seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınan şəxslər hələ ki bunlardır:
Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb.