Türkiyə, Rusiya və İranın liderləri Suriya məsələsini müzakirə etmək üçün bir araya gələcək.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Türkiyənin ev sahibliyi edəcəyi zirvə görüşü 4 aprel tarixində baş tutacaq. Suriya ilə yanaşı, ona yaxın region əraziləri də müzakirə ediləcək.
Zirvə görüşündən bir gün əvvəl Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 12-14 mart tarixlərində Moskva Beynəlxalq Səyahət və Turizm sərgisində iştirak etmək üçün Moskvaya gedəcək.