FHN-dən əhaliyə MÜRACİƏT

11:44 - 7 Mart 2018 - Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

"Ucnoqta.az" Lent.az-a istinadən müraciəti təqdim edir:

 
Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

 
bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

 
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 
Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər xətti