Maaşı qaldırılan tibb işçilərinin sayı AÇIQLANDI

09:47 - 6 Mart 2018 - Cəmiyyət

Azərbaycan Prezidentinin imzaladığı sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırıldı.

"Ucnoqta.az" xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərəncam təxminən 134 min tibb işçisinə şamil edilir.

Xəbər xətti