Mirşahinin yeni kanalına müddətsiz lisenziya verildi — FOTO

16:51 - 5 Mart 2018 - Cəmiyyət

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

"Ucnoqta.az" Şuradan "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. 

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. 


Xəbər xətti