Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin ilk yarısında Belarusa rəsmi səfər planlaşdırılır.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bunu jurnalistləriə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.
Səfirin sözlərinə görə, səfərin may-iyun aylarında reallaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və birjalar arasında əməkdaşlıq sahələrinə aid 10-a yaxın ikitərəfli sənədin imzalanması gözlənilir.