"Metroda problem tam aradan qaldırıldı" Paşayev

11:29 - 5 Mart 2018 - Cəmiyyət

Bakıda metro stansiyalarında yaranan sıxlıq aradan qaldırılıb.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
 

Onun sözlərinə görə, interval saat 9:45-də bərpa olunub:
 

"Hazırda intervalda gecikmə yoxdur, stansiyalarda sərnişin sıxlığı aradan qaldırılıb".
 

Xatırladaq ki, bu gün səhər saat 08:15 radələrində metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib, nəticədə stansiyalarda sərnişin sıxlığı yaranıb.

Xəbər xətti