Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

17:50 - 5 Mart 2018 - Cəmiyyət

 Ədliyyə naziri Fikrət Məmmədov martın 7-də Quba rayonunda vətəndaşları qəbul edəcək. 

"Ucnoqta.az" Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, qəbulda Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Xəbər xətti