Dağıstanda baş nazir 2 müavini ilə birgə saxlanılıb

14:34 - 5 Fevral 2018 - Xəbər

Dağıstanda Federal Təhlükəsizlik Xidməti əməkdaşları dörd yüksək vəzifəli məmuru saxlayıblar.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan biri baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əbdusamad Hamidovdur.
 

Bundan başqa, baş nazirin müavinləri Şamil İsayev və Rayudin Yusufov və sabiq təhsil naziri Şahabas Şahov da dindiriliblər.
 

Onlar barəsində cinayət işinin açılması nəzərdə tutulur. 

Xəbər xətti