Bu gün bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq

10:34 - 22 Dekabr 2017 - Xəbər

Bu gün saat 12:00-dan 15:30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bu barədə "Ölkə.Az"a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verib.
 

Fasilə 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.
 

Yaranmış narahatçılığa görə “Azərişıq” İstehlakçılardan üzr istəyir.

Xəbər xətti