Valeh Cəfərov “Prezidentin fəxri diplomu” ilə təltif edildi

18:03 - 21 Dekabr 2017 - Xəbər

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev V.C.Cəfərovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə və Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında fəal iştirakına görə Valeh Cabbar oğlu Cəfərov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Xəbər xətti