Türkiyədə 55 İŞİD üzvü saxlanıldı - 45 nəfəri xarici vətəndaş

01:22 - 22 Dekabr 2017 - Xəbər

Türkiyə polisinin İstanbul və İzmir şəhərlərində keçirdiyi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının 55 üzvü saxlanılıb.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, saxlananlardan 45 nəfəri xarici vətəndaşlardır.

Onların milli mınsubiyyəti açıqlanmayıb. Saxlanan xarici vətəndaşların Türkiyədən deportasiya olunacağı bildirilib.

Qeyd edək ki, bu ayın əvvəlində İstanbulda İŞİD üzvü olan 62 xarici vətəndaş saxlanmışdı.

Xəbər xətti