Ölkəyə gizli gətirilən telefonlar tapıldı

23:00 - 21 Dekabr 2017 - Xəbər

Avtomobildə gizlədilən mobil telefonlar aşkarlanıb.

Ucnoqta.az “Qafqazinfo” ya istinadən bildirir ki, Tovuzda "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti