Əliyevin də olduğu İstanbul zirvəsini partladacaqmış -Şok Faktlar

11:27 - 15 Dekabr 2017 - Xəbər

İstanbulda Baxçalıevlərdə əməliyyat zamanı ələ keçirilən “canlı bomba”nın əsl hədəfinin İslam Əməkdaşlığı Təşkilatının zirvə toplantısı olduğu məlum olub.
 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyatda 60 kilo RDX partlayıcı maddə yüklənən avtomobil, “canlı bomba” ilə birgə 9 nəfər saxlanılıb. Həmin şəxslər PKK üzvü olublar.  
 

Xatırladaq ki, prezident Ərdoğanın dəvəti ilə baş tutan Zirvədə 16 ölkə başçısı olmaqla 48 ölkədən nümayəndə iştirak edib. Liderlər ABŞ-ın Qüdslə bağlı qərarına etiraz olaraq yol xəritəsi hazırlamaq üçün toplaşıblar. Onların arasında Azərbaycan dövlət başçısı İlham Əliyev də olub. 

Xəbər xətti