Azərbaycan əhalisinin sayı açıqlanıb

15:24 - 14 Dekabr 2017 - Xəbər

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Ucnoqta.az Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata istinadən bildirir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 73360 nəfər və ya 0,7 faiz artaraq noyabrın 1-i vəziyyətinə 9883341 nəfərə çatıb. 

Əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Xəbər xətti