Şəhid hərbçimiz sabah Şabranda dəfn olunacaq

13:35 - 14 Dekabr 2017 - Xəbər

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq.

O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 

Ucnoqta.az "Report"a istinadən bildirir ki, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək. 

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var. 

Xəbər xətti