“Bilirdik ki, çətin oyun olacaq. “Vilyareal” çətin rəqibdi. İrəliyə atıldıq, ancaq istədiyimizi edə bilmədik. Sadəcə, bəxtimiz gətirmədi”. Bu sözləri “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea İspaniya La Liqasının X turunda “Vilyareal”la ev oyunundakı heç-heçəni (1:1) şərh edərkən deyib.
Klubun rəsmi saytına danışan argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçirəcəkləri görüşə də toxunub:
“Çalışmağa davam etməliyik. Çünki çərşənbə axşamı evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Qələbə qazanacağımıza ümid edirəm”.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda keçiriləcək. Bakıdakı görüşdə komandalar meydandan qolsuz bərabərliklə ayrılmışdılar.qol.az