Ucnoqta.az
www.ucnoqta.az

“Atletiko”nun yarımmüdafiəçisi: <font color=red><b>“Qarabağ”la finala bərabər oyunumuz var”</b></font>

12:39 - 30 Oktyabr 2017 tarixində dərc olunub.
“Bilirdik ki, çətin oyun olacaq. “Vilyareal” çətin rəqibdi. İrəliyə atıldıq, ancaq istədiyimizi edə bilmədik. Sadəcə, bəxtimiz gətirmədi”. Bu sözləri “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea İspaniya La Liqasının X turunda “Vilyareal”la ev oyunundakı heç-heçəni (1:1) şərh edərkən deyib. 
Klubun rəsmi saytına danışan argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçirəcəkləri görüşə də toxunub:
“Çalışmağa davam etməliyik. Çünki çərşənbə axşamı evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Qələbə qazanacağımıza ümid edirəm”.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda keçiriləcək. Bakıdakı görüşdə komandalar meydandan qolsuz bərabərliklə ayrılmışdılar.qol.az
Müəllif: