2016/2017-ci il mövsümündə UEFA Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən ayrılan vəsait “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb. Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, federasiyanın vasitəçiliyi ilə 294 452.00 avro “Qarabağ”ın, 294 344.00 avro isə “Qəbələ”nin hesabına köçürülüb.