Bərdə rayonunda yerli sakin həmkənlisinin başını kəsmək istəyib. Hadisə rayonun Dəymədağlı kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn zamanı baş verib.
Belə ki, həmin kəndin sakini, 28 yaşlı Mövlan Adil oğlu Cabbarov həmkəndlisi Xaliq Qərib oğlu Məmmədovun bıçaqla boğazını kəsmək istəyib. Nəticədə M.Cabbarov X.Məmmədovun boğaz, baş və bədənin müxtəlif nyihələrinə xəsarət yetirib. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan yaralının əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilib.
Hadisədən sonra M.Cabbarov Bərdə Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.
Qeyd edək ki, həmkəndlilər arasında uzun müddətdir ki, "qan davası" olub. Belə ki, sonuncu dəfə X.Məmmədov M.Cabbarovun qardaşını qətlə yetirib. report