Bakıda telefon mağazasından külli miqdarda mobil telefon aksesuarı oğurlayan şəxs saxlanılıb. Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.