Nazir Kəmaləddin Heydərov Şabranda vətəndaşları qəbul edib

12:29 - 27 Oktyabr 2017 - Xəbər

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Şabran şəhərində vətəndaşları qəbul edib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, qəbulda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Xəbər xətti