Bakıda ət satışı qaydalarını pozan mağaza sahibləri cəzalandırılıb

12:28 - 26 Oktyabr 2017 - Xəbər

Bakıda ət satışı dükanlarında reyd keçirilib. APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Bakı şəhər Baytarlıq İdarəsi əməkdaşları paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirib. Reyd zamanı baytarlıq haqqında qanunvericiliyi və küçə ticarəti qaydalarını pozan mağaza sahiblərinə qarşı inzibati cəza tədbirləri görülüb.

Xəbər xətti