Ölkəmiz barədə məlumatlar və faktlar Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılır
Azərbaycan mədəniyyətinin və həqiqətlərinin Fransada təbliğində Paris Azərbaycan Evinin müstəsna xiodməti var. Bu günlərdə Paris Azərbaycan Evi yaradılmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyini qeyd edib.Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Yubiley gecəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Azərbaycanın YUNESKO yanındakı səfiri Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan Evinin yaranması tarixindən söhbət açıb. Bildirilib ki, 1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O, çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəklədiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Evi bundan sonra da öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırımı aktları, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə məlumatların və digər faktların Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev Paris Azərbaycan Evinin bu günədək əldə etdiyi uğurları alqışlayıb. O bildirib ki, Azərbaycanın Fransadakı səfirliyi Paris Azərbaycan Evinin layihələrini, habelə Qarabağla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətlərini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və ölkəmizin əldə etdiyi digər tarixi nailiyyətlər barədə məlumat verib.Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov və məşhur tenor, Marinski Teatrının solisti Timur Abdikeyev Azərbaycan klassik musiqilərini səsləndiriblər. Parisdə yaşayan və Azərbaycanı öz möhtəşəm ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz qonaqları Qara Qarayevin, Emil Əfrasiyabın, Aqşin Əlizadənin, Oqtay Zülfüqarovun, Tofiq Quliyevin əsərləri ilə heyran ediblər.Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.
Azərbaycan mədəniyyətinin Fransada tanıdılması məqsədilə bu ölkədə daha bir tədbir keçirilib. Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın kolleksiyası nümayiş etdirilib. Paris moda həftəsi çərçivəsində təşkil olunan nümayişdə ADA-nın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı Səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər. Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların marağına səbəb olub.25 ildən çoxdur Avstraliyada yaşayan Həcər Qala uzun illərdir modelyerliklər məşğul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ Azərbaycanı təmsil edir.
Mayın 16-da isə Parisdə Azərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evi təskilatçılığı ilə “Azərbaycana səyahət” adlı foto sərginin vernissajı keçirilib. Sərgi Şərq və Türkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilə təşkil olunub. Vernissajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azerbaycan Evinin sedri Mirvari Fətəliyeva acaraq qonaqlara sərginin məqsədi barədə məlumat vermiş, fotoların muəlliflərini təqdim edib. Daha sonra vernisajda iştirak edən Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranışı və tarixi barədə danışıb bu günün ölkə tarixindəki çox mühüm bir gün olduğunu qeyd edib.
Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean François Mansel öz növbəsində Azərbaycan Fransa dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını, vurğulayıb.Sərgidə Azərbaycan fotoqrafları Vuqar Ibadov, Etibar Cəfərov və Kərim Abbasovun fotolarından teqdim olunub. Azerbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirən fotolar seyricilər tərəfinden geniş rəğbətlə qarşılanıb. Tədbridə Fransa Parlament və Senat üzvləri, fransız jurnalistləri, şirkət rəhbərləri və diaspora nümayəndələri iştirak edib.
Qeyd edək ki,Fransada .Paris Azərbaycan Evinin təşkilatçılığı ilə uzun illərdi Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Həftəsonu məktəbinin təşkilatçısı, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva həftəsonu məktəbinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib. Gələcək planları haqqında söz açan Paris Azərbaycan Evinin rəhbəri deyib ki, Fransada doğulub böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin, tariximizin öyrədilməsi, adət-ənənələrimizin onlara aşılanması təşkilatın qarşısında duran mühüm vəzifələrdən biridir. O, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə uşaqlar üçün həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Paris Azərbaycan Evinin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alırlar. Həftənin şənbə günləri keçirilən dərslərdə müəllimlər Mehri Quliyeva və Lalə Orucova uşaqlara əsasən Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edirlər.
Bu ilin 14 iyulunda Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) Fransa Respublikasının Milli Bayramı münasibəti ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi təşkil edib. Səfirliyin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova çıxşında Fransa üçün böyük ǝhǝmiyyǝt kǝsb edǝn azadlıq, bǝrabǝrlik vǝ qardaşlıq kimi mǝnǝvi dǝyǝrlǝrin azǝrbaycan xalqında da ǝks olunduğunu qeyd edib. O, Fransanın Azǝrbaycanın müstǝqilliyini tanıyan ilk ölkǝlǝrdǝn biri olduğunu vǝ 1991-ci ildǝ Azǝrbaycan öz müstǝqilliyini bǝrpa etdikdǝn sonra Fransa ilǝ intensiv ǝlaqǝlǝrin inkişaf etdiyini, ölkǝlǝrimiz arasında diplomatik ǝlaqǝlǝrin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirib. Nigar Hüseynova xalqlarımızın yaxınlaşmasında Azǝrbaycanın Dostları Assosiasiyasının mühüm rol oynadığını, 1998-ci ildǝ Fransanın Azǝrbaycandakı keçmiş vǝ ilk sǝfiri Jan Peren tǝrǝfindǝn yaradılmış vǝ 4 il ǝvvǝl Jan Fransua Mansel tǝrǝfindǝn yenidǝn canlandırılmış bu assosiasiyanın azǝrbaycan-fransa dostluğunun carçısına çevrildiyini söylǝyib.
.