Azyaşlı uşağı ilə itkin düşmüş Biləsuvar sakini tapılıb

17:18 - 1 Avqust 2017 - Xəbər

İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb. Ucnoqta.az xəbər verir ki, yaxınlarının "Report"a verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək, Bakı şəhərində olduğunu bildirib.O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.
İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.

Xəbər xətti