Qapıçı meydanın bu başından o başına qol vurdu - VİDEO

11:30 - 26 Aprel 2017 - MARAQLI

Futbol üzrə Boliviya çempionatının 12-ci turu çərçivəsində "Bolivar" və "San-Xose" komandaları arasında keçirilən oyunda ev sahiblərinin qolkiperi öz qapısından rəqibə qol vurub. 1:2 hesabı ilə geridə olan qonaqlar 94-cü dəqiqədə cərimə zərbəsi qazanıblar. "San-Xose"nin qapıçısı Emmanuel Franko rəqibin cərimə meydançasına qədər gəlib, lakin top ötürmədən sonra birbaş "Bolivar"ın qapıçısı Matias Dituronun əlinə düşüb. O da fürsətdən yararlanaraq topu rəqibin boş qapısına vurub və əla qola imza atıb.(istipress)

 

Xəbər xətti