Yunan məhkəməsi Türkiyə rəhbərliyinin 8 hərbçinin geri qaytarılması ilə bağlı istəyini yenidən rədd edib. Bu hərbçilər Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişindən sonra ölkədən qaçıblar. Yunanıstanın Ali Məhkəməsi yanvarda hərbçilərin geri qaytarılmayacağı ilə bağlı qərar çıxarmışdı. Ankara bu qərara yenidən baxılmasını tələb etsə də, məhkəmə bu tələbi təmin etməyib. Çevrilişdən sonra Sikorski tipli helikopterlə Yunanıstan hava limanına enib, sığınacaq üçün müraciət edən səkkiz əsgərin yeddisinin tələbi rədd edilmişdi. Lakin, Yunan hökuməti, bu əsgərlərin Türkiyəyə təhvil verilməsini istəyən rəsmi Ankaranın tələblərinə də cavab verməmişdi. Yunan məhkəməsi həmin əsgərlərdən üçünün Türkiyəyə təhvil verilməsinə qarşı çıxıb, digər beş əsgərlə bağlı isə hələ qərar verilməyib. Buna səbəb isə həmin əsgərlərin “həyatlarının təhlükədə olması” göstərilir.(istipress)