"Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm". Bunu Fransada keçirilən prezident seçkisinin birinci turunda qalıb gələn iki namizəddən biri - Emmanuel Makron bildirib. "Siz yaxşı bilirsiniz ki, bu problemi təkbaşına həll etmək mümkün deyil", - o vurğulayıb. Xatırladaq ki, aprelin 23-də Fransada keçirilən prezident seçkisinin birinci turunda Emmanuel Makron və Marin Le Pen qalib gəlib. Seçkinin ikinci turu mayın 7-də keçiriləcək.("Report")