Milli Məclisin foyesində siqaret çəkmək qadağan olundu

14:49 - 25 Aprel 2017 - Xəbər

 Azərbaycan Milli Məclisinin foyesində siqaret çəkmək qadağan olunub. Parlamentin foyesində zibil qutuları da yığışdırılıb. Siqaret çəkilməsi üçün foyedən kənarda yer ayrılıb.
Qeyd edək ki, ötən plenar iclasda çıxış edən deputat İlham Əliyev Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunması təklif edib.

Xəbər xətti