İntihara cəhd edən şəxs xilas olundu - Bakıda

12:27 - 25 Aprel 2017 - HADİSƏ

Bakıda intihara cəhdin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün əvvəl sosial şəbəkələrdə intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.

Şahin İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirib. Həmin vaxt sosial şəbəkədə Ş.İsgəndərovu izləyənlərdən biri DİN-in “102” xidmətinə zəng edərək, Sabunçu qəsəbəsində ünvanı məlum olmayan şəxsin intihar etmək istədiyini bildirib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün axtarışlara başlayıblar.

Bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi söyləməyib. Buna baxmayaraq, polis əməkdaşları onun evini tapıblar. Bölmənin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov onun həyatını xilas edib.

Qeyd edək ki, hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Şaiq İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar: “Bir faktı nəzərinizə çatdıraq ki, Şaiq İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və o, kifayət qədər yüksək əmək haqqı alır. O, intiharın səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib”.


Xəbər xətti