İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib

12:22 - 25 Aprel 2017 - Xəbər

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə olunub. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Təklif edilən 594-2-ci maddədə bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması;
- Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni  konfidensiallığı təmin edilməli olan korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barədə məlumatın açıqlanmasına;
- Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlmə, təzyiqlərə məruz qoyma, təhqir etmə və ya maddi zərər vurmasına görə 800 manatdan 1300 manatadək məbləğdə cərimə ediləcək.
Bildirilir ki,  yuxarda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər xətti