Çinin Dailan telekanalının əməkdaşını canlı yayımda ildırım vurub. İnsident zamanı jurnalist Lu Syaodun küçədə dayanaraq hava haqqında danışırdı. Bu zaman ildırım çaxdı və bu zaman jurnalist çığıraraq əlindəki çətiri yerə atdı. “Əlim keyidi. Mən əlimdə və çətirin dəstəyində elektrik enerjisinin sarı qığılcımlarını gördüm”,- deyə jurnalist öz təəssüratlarını bölüşüb.(modern.az)