Ağdaşda 10-cu sinif şagirdi özünü asıb

10:33 - 25 Aprel 2017 - HADİSƏ

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər. Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cardam kənd orta məktəbin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Xəbər xətti