Hadisə Moskva şəhərində baş verib. Moskvanın Novoslobodskaya küçəsində yerləşən mənzilə çağırılan təcili tibbi yardım briqadasının həkimləri xəstə tərəfindən girov götürülüb. Təcili yardımdan sonra xəstə həkimləri mənzildən buraxmaqdan imtina edib. Hazırda hadisə yerinə polis və şəhərin digər xüsusi xidmət orqanı əməkdaşları yola düşüb. (oxu.az)