Gömrükdə külli miqdarda siqaret müsadirə olunub

13:10 - 24 Aprel 2017 - Xəbər

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti