Bakıda motosiklet piyadanı vurub

11:01 - 24 Aprel 2017 - HADİSƏ

Ötən gecə Bakıda ağır yol qəzası baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, saat 03:30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 4 ünvanının qarşısında 10 B 695 dövlət qeydiyyat nişanlı motosiklet piyadanı vurub. Ağır xəsarət alan 35-40 yaşlı kişi hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti