Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır. İclasın gündəliyinə Şimali Qafqaz, gəlirlərin artması, bərabərsizliklər və qaçqın qadınların gender əsaslı zorakılıqdan müdafiəsi, insan hüquqlarının vəziyyətinə dair müzakirələr daxildir.
Həmçinin sessiya zamanı AŞPA-nın vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilər keçiriləcək, Büro və Daimi Komitənin hesabatları dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələrinə, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatları müzakirə edəcəklər.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muiznieks 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatı təqdim edəcək.
Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland, Yunanıstan Prezidenti Prokopis Pavlopulos və İspaniya Kralı AŞPA deputatları önündə çıxış edəcəklər.
AŞPA sessiyası işinə aprelin 28-də yekun vuracaq.modern.az