Bakıda evdə yanğın: bir nəfər yanaraq ölüb
09:13 - 24 Aprel 2017 - HADİSƏ
Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.