Rusiyadan Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

11:57 - 22 Aprel 2017 - Xəbər

Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti