AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlərə baxılıb. “Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Sumqayıt”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi" də 800 manat ziyana düşüb.