Ucnoqta.az
www.ucnoqta.az

"Zirə" və "Neftçi" 800 manat ziyana düşdü

12:58 - 14 Fevral 2017 tarixində dərc olunub.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
 AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlərə baxılıb.  “Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 

“Sumqayıt”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi" də 800 manat ziyana düşüb. 

Müəllif: Ucnoqta.az