İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni 7-8 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Paolo Centiloninin 7 noyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.