Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək. Xüsusi nümayəndənin ofisindən APA-ya verilən məlumata görə, səfər oktyabrın sonuncu həftəsinə planlaşdırılır. Lakin dəqiq tarix hələlik məlum deyil.
Səfərin məqsədi Azərbaycanda yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır.