Fransa Senatı soyqırımların, o cümlədən uydurma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu barədə “lragir.am” saytı Fransadakı erməni təşkilatlarının koordinatoru Murad Papazyana istinadən məlumat yayıb. Qanun layihəsinin lehinə 156, əleyhinə 146 nəfər səs verib.//apa