Moskva-İrəvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Şimali Osetiyada yük maşını ilə toqquşub. Azvision.az bildirir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Qəza yerli vaxtla 04:25 radələrində baş verib. Şimali Osetya üzrə FHN-in saytında yer alan məlumata görə, "Mercedes" markalı avtobus "Scania" markalı yük maşını ilə toqquşub. Hadisə baş verən zaman avtobusun içərisində 52 sərnişin olub.
İlkin məlumatlara görə, dörd nəfər hadisə yerində keçinib.
Faktla bağlı araşdırmalar aparılır.