Rusiyada keçirilən parlament seçkilərindən sonra "Vahid Rusiya" Partiyası Dövlət Dumasında 343 deputat mandatı qazanıb. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev qurumun iclasında bildirib. Mandatların sayına görə ikinci yerdə Rusiya Federasiyası Kommunist Partiyası – 42 və üçüncü yerdə Rusiya Liberal Demokrat Partiyası – 23, qərarlaşıb. Bulayevin sözlərinə görə, Dövlət Dumasında bir deputat Vətəndaş platformasından, bir deputat Vətən Partiyasından, digər biri isə müstəqil namizəd olacaq.