Hər il keçirilən müşavirədə məqsəd ATƏT-in insan normaları üzrə öz öhdəliklərini yerinə yetirməsinə nəzər salmaq, onunla bağlı problemləri müzakirə etmək, bu məsələnin gələcəkdə təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi aparmaq və tövsiyələr hazırlamaqdır.
Müşavirəyə ATƏT-in 57 iştirakçı ölkəsinin hamısı, təşkilatın qurumları, onun tərəfdaşları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar qatıla bilər.