Bu gün BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında qurumun Baş Assambleyasının 71-ci sessiyası öz işinə başlayıb.
İclası Baş Assambleyanın sədri Piter Tomson açıq elan edib.
İclasda BMT-yə üzv 193 ölkənin diplomatları iştirak edir.
Bundan əvvəl isə BMT-də Baş Assambleyanın 70-ci yubiley sessiyasının rəsmi bağlanış mərasimi baş tutub. Mərasimdə təşkilatın baş katibi Pan Gi Mun iştirak edib.