Ermənistanın baş naziri Ovik Abramyanın istefası haqqında şayiələrdən sonra postunu tərk edəcək nazirlərin siyahısı meydana çıxıb.
Bu barədə “Qrapark” qəzeti yazır.
“Edvard Nalbandyandan başqa, öz vəzifələri ilə kənd təsərrüfatı naziriSerqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziriSeyran Ohanyanın da vidalaşacağına dair məlumat var. Bəzi məlumatlara görə, müdafiə naziri postuna namizədlər arasında Vladimir Qasparyan da var. PPX alayı ilə bağlı hadisədən sonra hakimiyyət onu cəzalandırmaq əvəzinə, mükafatlandırmaq qərarına gəlib”, - “Qrapark” yazır.
Xatırladaq ki, bu ərəfədə Ermənistanın baş naziri və XİN rəhbərinin istefasına dair məlumat yayılmışdı.